...

"Gate Baku" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

İdman Materials 14 Sentyabr 2017 17:22 (UTC +04:00)
"Gate Baku" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı oldu.
"Gate Baku" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

Bakı. Trend:

"Gate Baku" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.

Trend-in məlumatına görə, ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və Azfargroup-un meydançalarında keçiriləcək.

"Gate Baku" – şirkətinin əsas fəaliyyəti logistika sahəsində cəmləşir, eləcə də gömrük təmsilçiliyi və broker xidmətləri göstərir.

Şirkətin iki ildən artıq olan fəaliyyəti zamanı, əsas məqsədi keyfiyyətli müştəri xidməti səviyyəsinin qorunmasıdır.

Şirkətin gənc kollektivi arasında “sağlam bədəndə sağlam ruh” şüarına əsaslanaraq idmanla məşğul olan əməkdaşlara xüsusi önəm verilir. Şirkəti təmsil edən futbol komandası, ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi “Azfar Business League” ABL Cup 2017/18 çempionatında iştirak etməyə hazırlaşır. Şirkət rəhbərlərinə görə, bu turnir yalnız komandanın döyüş ruhunu artırmayacaq, həm də korporativ əlaqələrin inkişafına kömək edəcəkdir.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar. Təşkilatçı şirkətin saytında sifariş formaları təqdim olunub. Qeydiyyatdan keçən komandalar haqqında ayrıca məlumat verilir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti