...

Alla Həsənova: Azərbaycan qrup mərhələsini adlamaq gücündədir

İdman Materials 19 Sentyabr 2017 12:17 (UTC +04:00)
Ümid edirəm ki, qadınlardan ibarət voleybol milli komandamız sentyabrın 22-i Azərbaycanda və Gürcüstanda start götürəcək Avropa çempionatında layiqincə çıxış edəcək.
Alla Həsənova: Azərbaycan qrup mərhələsini adlamaq gücündədir

Bakı. Şahin Kazımzadə - Trend:

Ümid edirəm ki, qadınlardan ibarət voleybol milli komandamız sentyabrın 22-i Azərbaycanda və Gürcüstanda start götürəcək Avropa çempionatında layiqincə çıxış edəcək.

Bunu Trend-ə Azərbaycanın məşhur voleybolçularından biri, milli komandanın keçmiş kapitanı, bu gün gəncləri yetişdirən və yeni kadrlarla məşğul olan Alla Həsənova deyib.

Onun fikrincə, Azərbaycan milli komandası Macarıstan, Almaniya, Polşa komandalarının mübarizə apardığı qrup mərhələsini adlamaq gücündədir: “Hesab edirəm ki, macarlarla görüş voleybolçularımız üçün psixoloji cəhətdən çox vacibdir. Bu oyunla qızlarımız Polşa ilə oyun qabağı özünə inam əldə edəcəklər”.

A.Həsənova Avropa çempionatının oyunlarının Bakı və Göygöldə keçirilməsini də yüksək qiymətləndirib: “Şübhəsiz ki, bu həm paytaxtda, həm də regionlarda uşaqların voleybola gəlməsinə yol açacaq. Bu yarış dünyanın bir çox ölkəsində yayımlanacaq ki, bu da Azərbaycan və bu idman növü üçün növbəti reklam olacaq”.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa Çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi okyabrın 1-i məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti