...

Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı: Favoritlərdən biri bizik!

İdman Materials 21 Sentyabr 2017 15:42 (UTC +04:00)
Voleybol üzrə Azərbaycan milli komandası Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatında favoritlərdən biridir
Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı: Favoritlərdən biri bizik!

Bakı. Şahin Kazımzadə - Trend:

Voleybol üzrə Azərbaycan milli komandası Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatında favoritlərdən biridir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə milli komandanın kapitanı Odina Bayramova deyib.

Komandanın kapitanı yarışlar zamanı “doğma divarlar” amilinin də böyük rol oynayacağını deyib: “Fikrimcə, favoritlər Azərbaycan, eləcə də Serbiya, Türkiyə və Rusiyadır. Doğma divarlar bir tərəfdən bizi həm gərginlikdə saxlayır, bilirik ki, heç kimin ümidini qırmamalıyıq, digər tərəfdən isə bu bizə qələbə sevincini azarkeşlərimizlə bölüşməyə imkan verir”.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi okyabrın 1-də məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti