...

"Qarabağ" Sumqayıt stadionunda oynamaq istəmədi

İdman Materials 21 Sentyabr 2017 16:06 (UTC +04:00)
Peşəkar Futbol Liqası bir sıra qərarlar qəbul edib.
"Qarabağ" Sumqayıt stadionunda oynamaq istəmədi

Bakı. Trend:

Peşəkar Futbol Liqası bir sıra qərarlar qəbul edib.

Trend PFL-ə istinadən məlumat verir ki, qərarlara əsasən, Premyer Liqanın VI turunun oyun cədvəlində dəyişiklik edilib, eləcə də bir sıra müraciətlərə baxılıb.

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın VI turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. “Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarlara imza atıb:

- Premyer Liqanın VI turunun “Sumqayıt” – “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin;
- VI turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti