...

Qurban Qurbanov: "Roma" ilə oyuna yaxşı hazırlaşmışıq

İdman Materials 26 Sentyabr 2017 18:52 (UTC +04:00)
Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma" komandası ilə Bakıda keçiriləcək oyundan danışıb.
Qurban Qurbanov: "Roma" ilə oyuna yaxşı hazırlaşmışıq

Bakı. Trend:

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma" komandası ilə Bakıda keçiriləcək oyundan danışıb.

Trend-in məlumatına görə, Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib: "Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünürəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".

Baş məşqçi bildirib ki, Avropa təcrübələri olsa da, bunlar tam fərqli turnirlərdir: "Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti