...

Alman futbolçu "Beşiktaş" azarkeşlərinin səsinə dözə bilmədi (FOTO)

İdman Materials 27 Sentyabr 2017 10:31 (UTC +04:00)
İstanbulda keçirilən "Beşiktaş" - "Leypsiq" oyunu maraqlı məqamla yadda qalıb.
Alman futbolçu "Beşiktaş" azarkeşlərinin səsinə dözə bilmədi (FOTO)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən "Beşiktaş" - "Leypsiq" oyunu maraqlı məqamla yadda qalıb.

Trend-in məlumatına görə, alman futbolçu Timo Verner stadionda azarkeşlərin yüksək səsindən narahat olunca qulaqlarına tıxaclar taxıb.

Lakin bu da "Leypsiq"in ulduzuna kömək etməyib. T.Verner 32-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, oyun 2:0 hesabı ilə "Beşiktaş"ın xeyrinə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti