...

"Qəbələ"nin futbolçusuna ağır cəza

İdman Materials 27 Sentyabr 2017 13:31 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Qəbələ"nin futbolçusuna ağır cəza

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqannı 6-cı turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, sentyabrın 22-də Premyer Liqanın VI turunun “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Sentyabrın 23-də “Zirə” – “İnter” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “İnter” klubunun məşqçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

“Səbail” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Sentyabrın 24-də Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun futbolçuları Steven Monros ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və S.Monros öz komanda yoldaşına əl ilə zərbə endirib. “Qəbələ” klubu İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

- “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun 28 №-li futbolçusu S.Monros aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

- Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və futbolçuya 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti