...

"Kəpəz"in oyunçusunun hərəkəti barədə UEFA-ya məlumat veriləcək (VİDEO)

İdman Materials 6 Noyabr 2017 14:17 (UTC +04:00)
Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda "fair-play" nümunəsi qeydə alınıb.
"Kəpəz"in oyunçusunun hərəkəti barədə UEFA-ya məlumat veriləcək (VİDEO)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda "fair-play" nümunəsi qeydə alınıb.

Trend-in məlumatına görə, oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. V.Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.

V.Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti