...

Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb

İdman Materials 6 Noyabr 2017 16:35 (UTC +04:00)
3-5 noyabrda Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib.
Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı. Trend:

3-5 noyabrda Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.

Qeyd edək ki, növbəti Gənclərin Olimpiya Oyunları 2018-ci ilin oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək. İndiyədək bu yarışlar 2010-cu ildə Sinqapurda, 2012- ci ildə Avstriyada, 2014-cü ildə Çində, 2016- cı ildə isə Norveçdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti