...

Azərbaycan şahmatçıları Avropa çempionatının qalibi oldu (YENİLƏNİB)

İdman Materials 6 Noyabr 2017 21:46 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub
Azərbaycan şahmatçıları Avropa çempionatının qalibi oldu (YENİLƏNİB)

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

Trend-in məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.

Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.

XXX

Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb.

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.

Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (14 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirillən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti