...

"Beşiktaş" ÇL-da qrupda liderliyi təmin etdi (VİDEO)

İdman Materials 21 Noyabr 2017 22:58 (UTC +04:00)
Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib
"Beşiktaş" ÇL-da qrupda liderliyi təmin etdi (VİDEO)

Bakı. Trend:

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib.

Trend-in məlumatına görə, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" klubu ilə Portuqaliyanın "Porto" klubu qarşılaşıblar.

İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, Türkiyənin "Beşiktaş" klubu Çempionlar Liqasının qrup mərhələsində qrupdakı liderliyini təmin edib.

Komanda Oyun Qollar Xal
Beşiktaş 5 9-4 11
Portu 5 10:8 7
Leypsiq 4 5:8 4
Monako 4 3:7 2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti