...

YAP-ın 25 illiyinə həsr olunmuş “Qarabağ” kuboku keçirilib (FOTO)

İdman Materials 22 Noyabr 2017 20:50 (UTC +04:00)
Media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku keçirilib.
YAP-ın 25 illiyinə həsr olunmuş “Qarabağ” kuboku keçirilib (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və “Qarabağ” futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətlərə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku keçirilib.

Trend-in məlumatına görə, turnir Şağan Olimpiya İdman Kompleksində baş tutub.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, televiziya kanallarının çəkiliş qrupu və estrada ulduzlarının iştirakı ilə konsert proqramı keçirilib.

Açılışda Gənclər və İdman Nazirliyinin əməkdaşları Fikrət Hüseynov və Aydın Məmmədov, YAP üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və tədbirin təşkilatçılarından olan ADBTİA-nın əməkdaşı, FİFA referisi Anar Salmanov çıxış edərək Yeni Azərbaycan Partiyası və “Qarabağ” FK haqqında fikirlərini bölüşüblər.

Rəsmi açılışı mərasimindən və konsert proqramından sonra “Qarabağ” kuboku start götürüb.

Turnirdə 11 komandanın iştirakı nəzərdə tutulsa da, 3 komandanın qatılmaması üçün onlara texniki məğlubiyyət verilib. Püşkatma mərasimindən sonra digər komandaların iştirakı ilə reqlamentə uyğun olaraq həyata keçirilib.

Turnirdə bütün görüşləri qələbə ilə başa vuran “ATV” kanalının komandası I yerə layiq görülüb.
II yeri Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinin tələbələri və BrendSport.az saytının birgə komandası tutub. III yeri isə “Lider” televiziyasının komandası layiq görülüb.

Turnirdə “Ən yaxşı qapıçı” adına İlkin İmanov və “Ən yaxşı oyunçu” adına Səlim Abbasov layiq görülüb. Turnirin bombardiri isə İslam Mehrəliyev olub.

Turnirdə qalib olan komandalara Gənclər və İdman Nazirliyi tərəfindən və sponsorlardan diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti