...

Bakıda gimnastika yarışları davam edir (FOTO)

İdman Materials 24 Noyabr 2017 10:48 (UTC +04:00)
Bakıda gimnastika yarışları davam edir.
Bakıda gimnastika yarışları davam edir (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Trend-in məlumatına görə, 24-25 noyabr tarixlərində meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər.

Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Yarışlarda yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə aparacaqlar.

Xatırladaq ki, ötən gün tamblinqçilərin çıxışları sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti