...

Ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb

İdman Materials 2 Dekabr 2017 14:34 (UTC +04:00)
2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb.
Ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb

Bakı. Trend:

2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb.

Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Onlar arasında Sinkleyr cədvəli üzrə mütləq qaliblər müəyyən edilib.

Qızıl medala toplam 169 kq (75+94) nəticə və 248.83 xalla Səbinə Əzimova layiq görülüb. İkinci pillədə 180 kq (80+100) nəticə və 237.75 xalla İbrahimova Firuzə, üçüncü pillədə isə 156 kq (70+86) nəticə və 224.84 xalla Əlizadə Gülçin qərarlaşıb.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam Xal
1. Əzimova Səbinə 2000 Lənkəran Zirvə 52.90 75 94 169 248.83
2. İbrahimova Firuzə 1997 Sumqayıt Zirvə 62.20 80 100 180 237.75
3. Əlizadə Gülçin 1997 Qazax Zirvə 54.50 70 86 156 224.84
4. Məhərrəmova Mərziyyə 1996 Goranboy Zirvə 47.60 60 80 140 223.39
5. Rzazadə Lalə 2001 Lənkəran Zirvə 54.60 63 75 138 198.64
6. Vəliyeva Günel 1997 Xırdalan Zirvə 59.50 60 75 135 183.37
7. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 69.50 66 77 143 182.49
8. Fərəcova Şəfa 2001 Lənkəran Zirvə 53.60 53 62 115 167.72

Məqalədə:
Xəbər lenti

Xəbər lenti