...

UEG-in İcraiyyə Komitəsinin üzvü: Fərid Qayıbov Avropa Gimnastika İttifaqını çox yaxşı idarə edəcək

İdman Materials 3 Dekabr 2017 17:28 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək.
UEG-in İcraiyyə Komitəsinin üzvü: Fərid Qayıbov Avropa Gimnastika İttifaqını çox yaxşı idarə edəcək

Split. Zaur Mustafayev - Trend:

Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək. Bunu Trend-ə UEG-in İcraiyyə Komitəsinin üzvü Paolo Frizinq deyib.

O qeyd edib ki, Splitdə keçirilən UEG-in 27-ci konqresi çox yaxşı təşkil olunub.

P.Frizinqin sözlərinə görə, nəticələr bir qədər gözlənilməz olub: "Mən şadam ki, bizim yeni prezidentimiz var və hesab edirəm ki, Fərid Qayıbov təşkilatı vitse-prezident və yeni İcraiyyə Komitəsi ilə birgə növbəti dörd il ərzində yaxşı idarə edəcək. Mənə gəlincə, nəticələrim yaxşıdır, xoşbəxtəm ki, yenidən vitse-prezident vəzifəsinə seçildim".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti