...

"Xəmsə" oyunu üzrə V Azərbaycan çempionatının finalı keçiriləcək

Cəmiyyət Materials 9 Dekabr 2017 12:29 (UTC +04:00)
“Xəmsə” Milli intellektual oyunu üzrə V Azərbaycan çempionatının final mərhələsi keçiriləcək.
"Xəmsə" oyunu üzrə V Azərbaycan çempionatının finalı keçiriləcək

Bakı. Trend:

Dekabrın 11-də “Xəmsə” Milli intellektual oyunu üzrə V Azərbaycan çempionatının final mərhələsi keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 dekabr tarixindən start götürən və ölkənin 26 rayonundan 32 komandanın iştirak etdiyi yarışma Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə layihəsidir.

Xatırladaq ki, bu il "Xəmsə" milli intellektual oyunu 10 illiyini qeyd edir. Ötən illər ərzində "Xəmsə" oyununda minlərlə insan iştirak edib.

Layihə artıq beynəlxalq status daşıyır. Dünyanın 18 ölkəsinin 52 şəhərində keçirilən "Xəmsə" yarışlarının ən gənc oyunçusunun 7, ən yaşlı oyunçunun isə 70 yaşı var.

"Xəmsə" oyunu üzrə yeniyetmə və gənclər arasında birincilik və ölkə çempionatları ilə yanaşı, həmçinin müxtəlif tematik yarışlar və dünya çempionatı da keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti