...

Avropa Liqasında 1/16 finalın püşkü atıldı

İdman Materials 11 Dekabr 2017 16:37 (UTC +04:00)
İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Avropa Liqasında 1/16 finalın püşkü atıldı

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən turnirə Çempionlar Liqasından qoşulan Almaniya klubları bu mərhələdə İtaliya komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Astana"nın rəqibi "Sportinq" olacaq.

Püşkatmanın nəticəsi:

“Borussiya” (Dortmund, Almaniya) - “Atalanta” (İtaliya)
“Nitsa” (Fransa) - “Lokomotiv” (Rusiya)
“Kopenhagen” (Danimarka) - “Atletiko” (İspaniya)
“Spartak” (Rusiya) - “Atletik” (İspaniya)
AEK (Yunanıstan) - “Dinamo” (Kiyev, Ukrayna)
“Seltik” (Şotlandiya) - “Zenit” (Rusiya)
“Napoli” (İtaliya) - “Leypsiq” (Almaniya)
“Srvena Zvezda” (Serbiya) - MOİK (Rusiya)
“Lion” (Fransa) - “Vilyareal” (İspaniya)
“Real Sosyedad” (İspaniya) - “Zalsburq” (Avstriya)
“Partizan” (Serbiya) - “Viktoriya” (Çexiya)
“Styaua” (Rumıniya) - “Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan) - “Milan” (İtaliya)
“Astana” (Qazaxıstan) - “Sportinq” (Portuqaliya)
“Ostersund” (İsveç) - “Arsenal” (İngiltərə)
“Marsel” (Fransa) - “Braqa” (Portuqaliya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab qarşılaşmaları isə 22-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti