...

Qapıçılar üzrə məşqçi vəzifəsi Kramarenkoya tapşırıldı

İdman Materials 13 Dekabr 2017 11:42 (UTC +04:00)
Qapıçılar üzrə məşqçi vəzifəsi millimizin keçmiş üzvü Dmitri Kramarenkoya həvalə olunub.
Qapıçılar üzrə məşqçi vəzifəsi Kramarenkoya tapşırıldı

Bakı. Trend:

Qapıçılar üzrə məşqçi vəzifəsi millimizin keçmiş üzvü Dmitri Kramarenkoya həvalə olunub.

Trend AFFA-ya istinadən məlumat verir ki, D.Kramarenkoya Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi, həmçinin bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi həvalə olunub.

Bundan əvvəl müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsi müvafiq mütəxəssislərə həvalə olunub:

U-21 və U-20 – Rəşad Sadıqov
U-19 – Vüqar Məmməd
U-18 – Zaur Həşimov
U-17 – Ramin Quliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti