...

Bakı məktəblisinin növbəti qələbəsi (FOTO)

İdman Materials 19 Dekabr 2017 11:20 (UTC +04:00)
Paytaxt məktəblisi İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb.
Bakı məktəblisinin növbəti qələbəsi (FOTO)

Bakı. Trend:

Paytaxt məktəblisi İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev çempionatda 54 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

R.Abdullayev medal və diplomla təltif olunub.

Qeyd edək ki, məktəbli 2013-cü ildən indiyədək 5 dəfə ölkə səviyyəli idman yarışlarında I yeri tutub. 1 yarışda II, digərində III yerə sahib olub. 3 dəfə Gürcüstanda təşkil edilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 dəfə İtaliyada keçirilən dünya çempioatında bütün rəqibləri üzərində qələbə qazanıb. R.Abdullayev Rusiya və Tailandda təşkil olunan beynəlxalq yarışlarda da I yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti