...

"Sumqayıt" "Qəbələ"dən futbolçu alıb

İdman Materials 2 Yanvar 2018 13:45 (UTC +04:00)
"Sumqayıt" futbol klubu Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.
"Sumqayıt" "Qəbələ"dən futbolçu alıb

Bakı. Trend:

Dövrələrarası fasilə zamanı "Sumqayıt" futbol klubu Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, komanda "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb. 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Ülvi yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ü.İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti