...

Azərbaycanın Millətlər Liqasındakı RƏQİBLƏRİ

İdman Materials 24 Yanvar 2018 15:25 (UTC +04:00)
Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycanın Millətlər Liqasındakı RƏQİBLƏRİ

Bakı. Trend:

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən “D” liqasında mübarizə aparacaq Azərbaycan yığması 3-cü qrupda Farer adaları, Malta və Kosova ilə qarşılaşacaq.

Püşkatmanın nəticəsi:

Qrup 1

Gürcüstan
Latviya
Qazaxıstan
Andorra

Qrup 2

Belarus
Lüksemburq
Moldova
San Marino

Avro-2020-yə gedən yol (VİDEO)

Avro-2020-yə gedən yol (VİDEO)

Qrup 3

Azərbaycan
Farer adaları
Malta
Kosova

Qrup 4

Makedoniya
Ermənistan
Lixtenşteyn
Cəbəllütariq

Qeyd edək ki, UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda 4 divizionda mübarizə aparacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxildir.

Qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti