...

Azərbaycan növbəti Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq (FOTO)

İdman Materials 2 Fevral 2018 13:46 (UTC +04:00)
Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq.
Azərbaycan növbəti Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iki kişi idmançı ilə təmsil olunacaq.

Bu barədə Trend-ə idman gimnastikası üzrə milli komandanın baş məşqçisi Rza Əliyev deyib.

Məşqçi qeyd edib ki, bu turnir 2018-ci ildə idman gimnastlarının ilk yarışı olacaq: “Bakıdan sonra biz Dohada Dünya Kubokunda iştirak edəcəyik. Azərbaycanı kişi idman gimnastikasında Murad Ağarzayev və Timur Bayramov təmsil edəcək”.

Onun sözlərinə görə, M.Ağarzayev dörd növdə - fərdi çıxış, dəstəli at üzərində hərəkətlər, dayaqla tullanma və paralel qollarda hərəkətlərdə iştirak edəcək. T.Bayramov isə fərdi çıxış, halqalarla hərəkətlər və paralel qollarda hərəkətlərdə iştirak edəcək.

R.Əliyev vurğulayıb ki, idmançıların əsas hədəfi 2020-ci il Tokio Olimpiya Oyunlarıdır.

Baş məşqçi əlavə edib ki, daha bir gimnast – Bense Talas ağır zədə alıb: “O hələ İslam Həmrəyliyi Oyunlarında zədə ilə çıxış edirdi, amma buna baxmayaraq iki qızıl medal qazana bildi. B.Talas artıq iki əməliyyat keçirib, daha bir əməliyyat gözlənilir. Ona görə də onun bərpası bir ilə yaxın çəkəcək”.

Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı üçüncü idman gimnastikası üzrə FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti