...

Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

İdman Materials 5 Fevral 2018 11:53 (UTC +04:00)
Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı.
Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

Bakı. Trend:

Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.

Toplanışda məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti