...

Bakı məktəblisi Avropa çempionu oldu (FOTO)

İdman Materials 5 Fevral 2018 12:02 (UTC +04:00)
Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb.
Bakı məktəblisi Avropa çempionu oldu (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.

Qeyd edək ki, T.Yaqubov 2017-ci ildə karate idman növü üzrə Azərbaycan çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti