...

FIFA Dünya Kuboku Bakıya gətirildi (FOTO)

İdman Materials 9 Fevral 2018 12:25 (UTC +04:00)
FIFA Dünya Kuboku xüsusi təyyarə ilə Bakıya gətirilib.
FIFA Dünya Kuboku Bakıya gətirildi (FOTO)

Bakı. Trend:

FIFA Dünya Kuboku xüsusi təyyarə ilə Bakıya gətirilib.

Trend-in məlumatına görə, Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə gətirilib.

Kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq.

Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, FIFA Dünya Kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti