...

Azfar futbol məktəbi ilk yoldaşlıq oyununu keçirdi (FOTO/VİDEO)

İdman Materials 20 Fevral 2018 11:19 (UTC +04:00)
ASEP şirkəti Azfargoup-un dəstəyi ilə şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyə start verdi – Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açıldı.
Azfar futbol məktəbi ilk yoldaşlıq oyununu keçirdi (FOTO/VİDEO)

Bakı. Trend:

ASEP şirkəti Azfargoup-un dəstəyi ilə şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyə start verdi – Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açıldı. Şirkətdən Trend-ə verilən məlumata görə, gələcəkdə sözügedən məktəblər şəbəkəsinin şəhərin bütün rayonlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bu bir çox vacib məsələni həll edəcək bir layihədir: uşaqların idmanla məşğul olmağa cəlb olunması, uşaq və gənclər futbolunun inkişafı, idman potensialının üzə çıxarılması və peşəkar kadrların yetişdirilməsi və cəmiyyətin sağlam inkişafı.

AZFAR məktəbləri gənc idmançılar üçün böyük perspektivlər yarada bilər.
Mövcud infrastrukturun dəstəyi ilə burada mütəmadi olaraq səfər kampları, çempionatlar, beynəlxalq turnirlər və yarışlar keçiriləcəkdir, bu da daha istedadlı yeniyetmələrin üzə çıxarılmasına və onların peşəkar futbol klublarının akademiyalarına seçilməsinə kömək edəcək.

Qeyd edilməlidir ki, AZFAR məktəblərində yalnız oğlanlar üçün deyil, qızlar üçün də seksiyalar nəzərdə tutulmuşdur. Məşqlər və dərslər isə 4-15 yaş arası uşaqlar üçün 5 yaş kateqoriyası üzrə keçirilir.
Münasib qiymət, tək abunəliyin tətbiqi, rahat ödəniş üsulları da AZFAR məktəblər şəbəkəsinin əhəmiyyətli üstünlüklərindəndir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə uşaqların hazırlıqları davam etdirilir. Azfar futbol məktəbi hər bir uşağın futbola olan həvəsini artırmaq üçün imkanlar yaradır. Məktəbimizə olan maraq sayəsində qısa zaman kəsiyində, valideynlərin və uşaqların rəğbətini qazanaraq, daha çox kütlə tərəfindən seçilməyi, qarşımıza məqsəd qoymuşuq.

Azfar Futbol məktəbinin daha bir özəlliyi ondan ibarətdir ki, məktəbimizdə məşq edən hər uşağın şəxsi İD nömrəsi onun üçün xüsusi olaraq hazırlanmış buraxılış vərəqəsində qeyd olunur. Bundan əlavə, hər həftə olaraq keçirilən valideyn toplantıları zamanı, məşqçi heyyəti tərəfindən valideynlərə övladlarının bacarıqları və davamiyyəti ilə bağlı olaraq ətraflı məlumat verilir.

Qeyd etmək istərdik ki, fevralın 15-də məktəbimizin yetirmələri Arsenal Baku komandasından olan həmyaşıdları ilə ilk yoldaşlıq oyununu keçirib. Oyun cox maraqlı və məhsuldar keçdi. Azfar futbol məktəbi gələcəkdə mütəmadi olaraq diğər futbol məktəblərin və klubların komandalarıla yoldaşlıq oyunları keçirməyi düşünür. Məhz belə oyunlar zamanı komanda ruhunun yüksəkliyi, texniki bacarıqların püxtələşməsini müşahidə etmək mümkündür.

Azfar Futbol məktəbində qeydiyyatdan keçməyə sən də tələs. Komandanın bir üzvü olmaq şansından yararlan.

Əlavə məlumat üçün: +99450 295 21 29, +99412 404 73 39

https://www.facebook.com/azfarfootballschool/

http://www.asep.az/az/azfarfootballschool

Məqalədə:
Xəbər lenti

Xəbər lenti