...

“Strandja” turnirində 2 boksçumuz mübarizəni dayandırıb

İdman Materials 21 Fevral 2018 09:39 (UTC +04:00)
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.
“Strandja” turnirində 2 boksçumuz mübarizəni dayandırıb

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Boksçularımızdan Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti