...

Yeniyetmə tennisçimiz Latviyada bürünc medal qazanıb (FOTO)

İdman Materials 27 Fevral 2018 18:55 (UTC +04:00)
Fevralın 23-25-də Latviyanın Riqa şəhərində “Stolüstü tennis üzrə Riqa Gənclərinin Kuboku” adlı turnir keçirilib.
Yeniyetmə  tennisçimiz Latviyada bürünc medal qazanıb (FOTO)

Bakı. Trend:

Fevralın 23-25-də Latviyanın Riqa şəhərində “Stolüstü tennis üzrə Riqa Gənclərinin Kuboku” adlı turnir keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 13 ölkədən 2006 və da kiçik təvəllüdlü 48 oğlan və 22 qız idmançi iştirak edib.

Turnirdə idmançımız Nurmətova Mərziyyə bürünc medal qazanıb. Digər qız tennisçilərimiz Dadaşova Mehriban 11-ci , Aslanova Arzu isə 12-ci yerin sahibi olub.

Oğlan tennisçilərimiz Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil 6-cı, Hacılı Rüstəm isə 13-cü yerlə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti