...

"Renault" komandasının icraçı direktoru: Bakı bizim üçün yeni mərhələnin başlanğıcı olacaq

İdman Materials 26 Aprel 2018 13:35 (UTC +04:00)
“Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq".
"Renault" komandasının icraçı direktoru: Bakı bizim üçün yeni mərhələnin başlanğıcı olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

“Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq".

Trend-in məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Renault komandasının icraçı direktoru Siril Abitebul deyib.

S.Abitebul qeyd edib ki, Barselonada mühərrikə edilən dəyişikliklərdən sonra bolidin qanadlarına şassi yenilikləri tətbiq ediləcək: "İnanırıq ki, bu dəyişikliklər performansımızı qoruyub saxlamağımıza imkan verəcək. Hər bir elementin işlədiyinə əmin olmalıyıq”.

Komandanın pilotları isə məqsədlərinə çatmaq üşün böyük səy göstərəcəklərini vurğulayıblar.

Pilot Karlos Sayns deyib ki, bacardıqca çox xalla geri qayıtmağı düşünür:

“Ümumiyyətlə, mövsümün ilk üç yarışı komanda üçün uğurlu keçdi. Özüm haqqında isə onu deyə bilərəm ki, boliddə müxtəlik tənzimləmələri sınaqdan keçirdim və doğru yolda olduğumuza əminəm”.

Digər pilot Niko Hülkenberq də xal qazanmağı vacib hesab edir:

“Mövsümə yaxşı başlamışıq. Yüksələn xətt üzrə hərəkət etməli və rəqiblərimizi məğlub etmək üçün səylə çalışmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti