...

Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO8VİDEO)

İdman Materials 20 İyun 2018 11:01 (UTC +04:00)
Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib.
Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO8VİDEO)

Bakı. Trend:

Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandığı halda, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olub.

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti