...

Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafı və populyarlaşması üçün böyük iş görür

İdman Materials 30 İyun 2018 15:02 (UTC +04:00)
Heç bir ölkədə Bakıdakı kimi gözəl gimnastika arenası yoxdur
Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafı və populyarlaşması üçün böyük iş görür

Bakı. Cani Babayeva - Trend:

Heç bir ölkədə Bakıdakı kimi gözəl gimnastika arenası yoxdur.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının tamaşaçısı Nəzakət Qəhrəmanova deyib.

Tamaşaçı bildirib ki, tez-tez Milli Gimnastika Arenasında keçirilən yarışlara gəlir:

“Burada bütün yarışlar gözəl keçir, idmançılar üçün bütün şərait yaradılıb. Biz xaricdə də yarışlara gedirik, ona görə tam əminliklə deyə bilərəm ki, heç bir ölkədə bu cür gözəl arena yoxdur”.

N.Qəhrəmanovanın sözlərinə görə, ölkədə idmanın, o cümlədən gimnastikanın inkişafına böyük diqqət ayrılır:

“Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafı və populyarlaşması üçün böyük iş görür”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb.

Yarışların ikinci günündə kişilər arasında balalar, qadınlar arasında uşaqlar və balacalar kateqoriyalarında çıxışlar baş tutacaq.

Ümumulikdə turnirdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti