...

"Neftçi"nin baş məşqçisi: "Komandamdan və nəticədən çox razıyam"

İdman Materials 13 İyul 2018 10:00 (UTC +04:00)
"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsində komandasının "Uypeşt”lə ilk oyunundan razı qalıb.
"Neftçi"nin baş məşqçisi: "Komandamdan və nəticədən çox razıyam"

Bakı. Trend:

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsində komandasının "Uypeşt”lə ilk oyunundan razı qalıb.

Trend-in məlumatına görə, italiyalı mütəxəssis qeyd edib: "Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər. Fikrimcə, bizim üçün çox gözəl oyun oldu. Şanslarımız az deyildi. Hətta 3 qol vuraraq oyunu öz xeyrimizə çevirə bildik".

O bildirib ki, "Neftçi"nin üzvləri xarakter göstərdilər: "Namik Ələskərova görə çox üzgünəm, dizindən zədələndi. Zədəsinin nə qədər ciddi olduğu hələ ki məlum deyil, amma ümid edirəm, yaxşı olacaq. Futbolçularımızın fiziki durumundan da razı qaldım. Çünki Namik zədələnəndə 10 dəqiqə azlıqda oynadıq və bu müddət ərzində komanda ikiqat güc sərf etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar oyun başlayandan sonadək bizi dəstəklədilər”.

Xatırladaq ki, "Neftçi” iyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən oyunda komandamız əzmkar qələbə qazanıb. Hesabı 9-cu dəqiqədə rəqib açsa da, "Neftçi" Dabo (23-cü və 72-ci dəqiqələr) və Emin Mahmudovun (90+2-ci dəqiqə) qolları ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti