...

Azərbaycanlı hakimlər Oimpiya Oyunlarında gimnastların çıxışlarını dəyərləndirəcək

İdman Materials 13 İyul 2018 18:28 (UTC +04:00)
Azərbaycanlı hakimlər Oimpiya Oyunlarında gimnastların çıxışlarını dəyərləndirəcək.
Azərbaycanlı hakimlər Oimpiya Oyunlarında gimnastların çıxışlarını dəyərləndirəcək

Bakı. Trend:

2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimnastların çıxışlarının dəyərləndirilməsində azərbaycanlı hakimlər də iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandalarımızın hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev bu oyunlarda hakimlik etmək üçün dəvət olunublar.

Xatırladaq ki, Yeniyetmələrin Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız maksimum sayla – 1 gimnastla təmsil olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti