...

"Neftçi" də növbəti təsnifata vəsiqə qazana bilmədi

İdman Materials 20 İyul 2018 00:49 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir
"Neftçi" də növbəti təsnifata vəsiqə qazana bilmədi

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın "Neftçi" klubu Macarıstanın "Uypeşt" klubunun qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları R.Litauszki (19-cu dıqiqı), B.Sankoviç (21-ci dəqiqə), D.Zsoter (50-ci dəqiqə), O.Nvobodo (65-ci dəqiqə) vurublar.

Beləliklə, birinci oyunda 3:1 hesabı ilə qələbə qazanan "Neftçi" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti