...

"Real Madrid" Modriçin "İnter"ə transferini müzakirə etməyə hazırdır

İdman Materials 4 Avqust 2018 20:27 (UTC +04:00)
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres yarımmüdafiəçi Luka Modriçin İtaliyanın "İnter" klubuna keçidini müzakirə etməyə hazırdır
"Real Madrid" Modriçin "İnter"ə transferini müzakirə etməyə hazırdır

Bakı. Trend:

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres yarımmüdafiəçi Luka Modriçin İtaliyanın "İnter" klubuna keçidini müzakirə etməyə hazırdır.

Trend-in məlumatına görə, kral klubunun prezidenti 32-yaşlı L.Modriçin transferindən 60 milyon avro qəzanmağı düşünür.

"İnter" L.Modriçi 15 milyon bir illik kirayələmək və daha sonra 25 milyon avroya almaq istəyir. Lakin "Real Marid" klubunun prezidenti F.Peres "İnter"dən kirayələməyə görə 25 milyon, daha sonra isə 35 milyon avro almağı düşünür.

Bundan əlavə, "İnter" xorvtiyalı yarımmüdafiəçinin agentləi ilə danışıqlar aparır. L.Modriçə "İnter"də 4 illik müqavilə təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti