...

Yaponiya millisinin Bakıya gələcək heyəti məlum oldu

İdman Materials 21 Avqust 2018 16:34 (UTC +04:00)
Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb.
Yaponiya millisinin Bakıya gələcək heyəti məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb.

Trend-in məlumatına görə, Yaponiya Cüdo Federasiyasının rəsmi saytı xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.

Kişilərin mübarizəsində 9 cüdoçu - Naohisa Takato, Ryuju Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.

Qadınlardan ibarət komandanın heyətində də 9 cüdoçu - Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.

Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda 4 cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) təmsil olunacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti