...

Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubu gimnast qəbulunu elan edir (FOTO)

İdman Materials 14 Sentyabr 2018 10:05 (UTC +04:00)
Sağlam həyat tərzinin uşaqlara aşılanmasında mühüm rol oynayan ölkəmizin tanınmış iki gimnastika təşkilatı - Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubu gimnast qəbulunu elan edir.
Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubu gimnast qəbulunu elan edir (FOTO)

Bakı. Trend:

Sağlam həyat tərzinin uşaqlara aşılanmasında mühüm rol oynayan ölkəmizin tanınmış iki gimnastika təşkilatı - Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubu gimnast qəbulunu elan edir.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, gimnastika növləri üzrə milli komandalar üçün xeyli sayda gimnast hazırlayan hər iki təşkilat bədii gimnastika, akrobatika gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə 2012-2014-cü il təvəllüdlü uşaqlar arasında potensiallı namizədlərin seçimini təşkil ediləcək.

Məşqçilərdən ibarət qəbul komissiyasından keçən uşaqlar gimnastika bölmələri üzrə məşqlərə cəlb olunacaqlar.

Siz də övladınızın gələcəyini gimnastikaya bağlamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Qəbul haqda məlumat:

Bakı Gimnastika Məktəbi (Üzeyir Hacibəyli küç. 54 (Sahil metrosu))

Saat: 10:00 – 17:00

Gün: 14, 15, 28 və 29 sentyabr 2018-ci il

Əlaqə telefonu: 012-493-44-85

Ocaq Sport Klubu (Bakı Olimpiya İdman Kompleksi,Olimpiya küç., 13)

Saat 10:00-da başlayacaq.

Gün: 16 sentyabr 2018-ci il

Əlaqə telefonları: 050-642-92-82, 055-473-23-40, 070-879-69

Məqalədə:
Xəbər lenti

Xəbər lenti