...

Ronaldu “Yuventus”un formasında ilk qollarını vurdu (VİDEO)

İdman Materials 16 Sentyabr 2018 19:31 (UTC +04:00)
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 4-cü turunda “Sassuolo” komandasına qarşı oyunda dubl edib
Ronaldu “Yuventus”un formasında ilk qollarını vurdu (VİDEO)

Bakı. Tural Turan - Trend:

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 4-cü turunda “Sassuolo” komandasına qarşı oyunda dubl edib. Trend-in məlumatına görə, bu Ronaldunun yeni komandasında rəsmi oyunlarda ilk qolları olub.

Görüş “Yuventus”un 2:1 hesabı ilə başa çatıb. 50-ci dəqiqədə hesabı Ronaldu açıb, 65-ci dəqiqədə isə “Yuventus”un üstünlüyü möhkəmləndirib. Qonaq komandanın hücumçusu Babakar əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə fərqi minimuma endirib.

Oyunun əsas vaxtına artırılmış 4-cü dəqiqədə ev sahibi olan “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Birinci qol:

İkinci qol:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti