...

Səbinə Əzimova ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazandı

İdman Materials 20 Oktyabr 2018 21:05 (UTC +04:00)
Oktyabrın 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib
Səbinə Əzimova ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazandı

Bakı. Trend:

Oktyabrın 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Trend-ə verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiq yarışda medal qazanmağa çalışıb.

Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub.

Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti