...

"Barselona" növbəti "El Klasiko"da "Real Madrid"in qapısından 5 qol keçirdi

İdman Materials 28 Oktyabr 2018 21:36 (UTC +04:00)
"Barselona" futbol klubunun futbolçuları İspaniya Çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında "Real Madrid" üzərində böyük hesablı qələbə qazanıblar.
"Barselona" növbəti "El Klasiko"da "Real Madrid"in qapısından 5 qol keçirdi

Bakı. Trend:

"Barselona" futbol klubunun futbolçuları İspaniya Çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında "Real Madrid" üzərində böyük hesablı qələbə qazanıblar.

Trend-in məlumatına görə, Kataloniyada keçirilən oyun 5:1 hesabı ilə "Barsa"nın xeyrinə yekunlaşıb.

"Barselona"dan qolları Luis Suares (30-cu dəqiqə - penalti, 75 və 83-cü dəqiqələr), Filippe Koutinyo (11-ci dəqiqə) və Arturo Vidal (87-ci dəqiqə) vurublar. "Real Madrid"in yeganə qolunu oyunun 50-ci dəqiqədə Marselo vurub.

"Barselona" 21 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Real" isə 14 xalla doqquzuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti