...

Sərbəst güləşçilərimiz İranda güclərini sınayacaqlar

İdman Materials 31 Oktyabr 2018 09:58 (UTC +04:00)
Noyabrın 1-2-də İranın Məşhəd şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə “Seyid Cəfər Musəvi Kuboku” keçiriləcək.
Sərbəst güləşçilərimiz İranda güclərini sınayacaqlar

Bakı. Trend:

Noyabrın 1-2-də İranın Məşhəd şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə “Seyid Cəfər Musəvi Kuboku” keçiriləcək.

Trend-in məlumatına görə, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti