...

FIG İdmançılar komissiyasının sədri: Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir

İdman Materials 30 Noyabr 2018 16:52 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir
FIG İdmançılar komissiyasının sədri: Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Gimnastika Federasiyası digər ölkələr üçün nümunədir.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İdmançılar komissiyasının sədri, bədii gimnastika üzrə Belarus milli komandasının böyük məşqçisi Lyubov Çerkaşina Bakıda FIG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

L.Çerkaşina bildirib ki, istənilən idman növünü inkişaf etdirmək üçün məhz Azərbaycan Gimnastika Federasiyası (AGF) kimi hərəkət etmək lazımdır.

Bakının beynəlxalq gimnastika və ümumilikdə idman üçün əhəmiyyətindən danışan L.Çerkaşina deyib ki, Bakı hələ 2015-ci il Avropa Oyunlarının keçirilməsinə qədər öz sözünü deyib:

“Hamı başa düşür ki, Bakıda keçirilən istənilən yarış ən yüksək səviyyədə təşkil olunacaq, ona görə də məmnuniyyətlə buraya gəlir. Bütün bunlar dövlət dəstəyi ilə keçirilir və dövlət hər zaman əlindən gələni edir”.

Baş məşqçi qeyd edib ki, Bakı dünya idmanında liderlərdən biridir.

Bakıda keçiriləcək FIG Konqresinin işindən danışan L.Çerkaşina qeyd edib ki, Konqres yeniliklərə hazırdır:

“Konqresdə heç bir dəyişikliklərdən qorxmurlar, çünki yalnız dəyişikliklər sayəsində nəyəsə nail olmaq olar. Hər zaman yenilikləri qəbul etmək asan olmur, amma dünya hərəkət edir, biz də inkişaf etməliyik”.

L.Çerkaşina daha sonra qeyd edib ki, bu, Federasiya prezidenti Morinari Vatanabenin ilk müddətidir və hər yeni prezident kimi, yeniliklər tətbiq etmək istəyir: “Bu, düzgün yanaşmadır və məhz buna görə prezidentlər dəyişir ki, yeniliklər tətbiq etsin”.

Qeyd edək ki, 2-3 dekabr tarixlərində Bakı Beynəlxalq Gimnastika Federasiyasının Konqresinə ilk dəfə ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti