...

Azərbaycanlı gimnast: Tamaşaçılar bizə böyük dəstək göstərir

İdman Materials 6 Dekabr 2018 15:50 (UTC +04:00)
“Ocaq” idman klubunu təmsil edən gənc gimnast Gövhər İbrahimova bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışından razı qalıb
Azərbaycanlı gimnast: Tamaşaçılar bizə böyük dəstək göstərir

Bakı. Cani Babayeva - Trend:

“Ocaq” idman klubunu təmsil edən gənc gimnast Gövhər İbrahimova bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışından razı qalıb.

Bunu Trend-ə gimnast özü deyib. G.İbrahimova yaxşı çıxış etdiyini bildirib: “Bütün elementlər alındı və mən yaxşı xal yığdım. Ümid edirəm ki, fəxri kürsüdə yer alacağam”.

Gimnast bildirib ki, onun Milli Gimnastika Arenasında çxış etməkdən çox xoşu gəlir.

O əlavə edib ki, tamaşaçılar böyük dəstək göstərir və bu, gimnastları daha inamlı çıxış etməyə həvəsləndirir.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti