...

Tamaşaçı: Azərbaycanda bədii gimnastikaya maraq çox artıb

İdman Materials 7 Dekabr 2018 20:42 (UTC +04:00)
Son beş il ərzində Azərbaycanda bədii gimnastikaya maraq çox artıb
Tamaşaçı: Azərbaycanda bədii gimnastikaya maraq çox artıb

Bakı. Cani Babayeva - Trend:

Son beş il ərzində Azərbaycanda bədii gimnastikaya maraq çox artıb.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin tamaşaçısı Leyla Tağızadə deyib.

O bildirib ki, bunda Azərbaycan Gimnastika Federasiyasının əməyi böyükdür: “Bu illər ərzində çox iş görülüb. Bu, nəhəng işdir”.

Tamaşaçı onu da qeyd edib ki, o, bu gün Milli Gimnastika Arenasına birincilikdə iştirak edən qızını dəstəkləmək üçün gəlib.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti