...

Çin batutçusu: Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır

İdman Materials 15 Fevral 2019 14:24 (UTC +04:00)
Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır
Çin batutçusu: Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır

Bakı. Sara İsrafilbəyova - Trend:

Milli Gimnastika Arenası Olimpiya səviyyəli arenadır. Bunu Trend-ə çinli batutçu Qao Ley deyib.

Gimnast bildirib ki, o, Dünya Kubokuna tam hazırdır: “Bu yarışda güclü gimnastlar iştirak edəcək. Mən çalışacağam ki, bütün gücümlə çıxış edim”.

Q.Ley əlavə edib ki, yarışda Rusiya, Belarus, Yaponiya, Portuqaliya və Fransa yığmalarını ən güclü komandalar sayır.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti