...

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)

İdman Materials 17 Mart 2019 12:30 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların dördüncü - sonuncu gününə start verilib.
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların dördüncü - sonuncu gününə start verilib.

Trend-in məlumatına görə, bu gün final mərhələsində kişi idmançılar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə hərəkətlər üzrə ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.

Azərbaycanı final mərhələsində Marina Nekrasova (gimnastika tiri) təmsil edir.

Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Qeyd edək ki, ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Foto: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti