...

Holland gimnast Bakıda keçirilən Dünya Kubokunda hamıdan güclü oldu

İdman Materials 17 Mart 2019 14:19 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında turnikdə hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.
Holland gimnast Bakıda keçirilən Dünya Kubokunda hamıdan güclü oldu

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında turnikdə hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Niderland idmançısı Epke Sonderland final mərhələsində 14.633 xal toplamaqla birinci yeri tutub.

Xorvatiya gimnastı Tin Srbiç 14.600 xalla ikinci, İsveçrə təmsilçisi Oliver Heqi isə üçüncü (14.366) olub.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti