...

Futzal yığmamız bu gün AÇ-də ilk oyununa çıxır

İdman Materials 27 Mart 2019 14:31 (UTC +04:00)
Futzal yığmamız bu gün AÇ-də ilk oyununa çıxır.
Futzal yığmamız bu gün AÇ-də ilk oyununa çıxır

Bakı. Trend:

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Yaruçieviçdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti