...

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının finalında

İdman Materials 5 May 2021 01:05 (UTC +04:00)
"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının finalında

Bakı. Trend:

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin "Mançester Siti" futbol klubu öz meydanında Fransanın PSJ klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Riyad Mahrez (11 və 63-cü dəqiqələr) vurub.

İlk oyunda da rəqibini məğlub edən (2:1) "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, finalın ikinci iştirakçısı sabah bəlli olacaq. İngiltərənin "Çelsi" klubu cavab qarşılaşmasında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edəcək. Madriddə keçirilən ilk oyun 1:1 hesabı ilə bitmişdi.

UEFA Çempionlar Liqasının finalı mayın 29-u İstanbulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti