...

Gimnastımız dünya kubokundan bürünc medalla qayıdıb (FOTO)

İdman Materials 31 May 2021 10:21 (UTC +04:00)
Gimnastımız dünya kubokundan bürünc medalla qayıdıb (FOTO)

Bakı. Trend:

Aerobika gimnastlarımızın vətəndə qızıl medal qazanmasından sonra daha bir medal xəbəri Bolqarıstanın Varna şəhərindən gəlib.

Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, 27-30 may tarixlərində Varnada idman gimnastikası üzrə dünya kuboku keçirilib. Bu yarışda ölkəmizi idman gimnastikası üzrə yığma komandanın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil edib.

Yarışda 3 final mərhələsinə adlamış İvan kubokun son günündə dayaqlı tullanma aləti üzrə icra etdiyi çıxışına görə bürünc medal qazanıb. Paralel qollar üzrə finalda isə gimnastımız medalın bir addımlığında dayanıb. Halqalarla nümayiş etdirdiyi proqrama görə 5-ci olub.

Halqalarda finala adlamış digər gimnastımız Nikita isə 6-cı pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti